AZ

Özbəkistanla strateji qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması nəzərdən keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında həyata keçirilən layihələrin iqtisadi əməkdaşlığın gücləndirilməsində əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin icrası, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Seçilən
106
1
azertag.az

2Mənbələr