AZ

ADY sədri DYƏT ölkələrinin dəmir yolu rəhbərlərinin növbəti iclasında iştirak etdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT - OSJD) Dəmir Yolu Rəhbərləri Konfransının 40-cı iclasında iştirak edib.

Bu barədə Publika.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, iclasda DYƏT-ə üzv dövlətlər arasında beynəlxalq dəmir yolu daşımalarının inkişafı və təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub.

İştirakçılar Avropa və Asiya arasında dəmir yolu daşımalarının genişləndirilməsi, bu sahədə əlaqələrin daha da gücləndirilməsi və tranzit imkanlarının artırılmasını əsas prioritetlərdən biri kimi qeyd ediblər.

Bununla yanaşı, beynəlxalq dəmir yolu daşımaları sahəsində razılaşdırılmış nəqliyyat siyasətinin formalaşdırılması, dəmir yolu nəqliyyatının fəaliyyət strategiyasının və DYƏT-in uzunmüddətli inkişaf strategiyasının hazırlanması məsələlərinə xüsusi diqqət yetirilib.

Seçilən
11
8
publika.az

10Mənbələr