AZ

Tramp administrasiyası şirkətlərin pullarını qaytarır

Donald Tramp administrasiyası ABŞ Ali Məhkəməsinin qanunsuz hesab etdiyi gömrük rüsumları vasitəsilə toplanan 166 milyard dollardan çox məbləğin geri qaytarılması üçün Amerika şirkətlərindən müraciətləri qəbul etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu brədə “Qardian” qəzeti yazıb.

Nəşrin məlumatına görə, aprelin 20-də hökumət ödənilən rüsumlar üçün kompensasiya tələb edən şirkətlərdən müraciətləri qəbul etməkdən ötrü “Keyp” onlayn sistemini işə salıb. Hazırda mübahisəli tariflərə məruz qalan idxal əməliyyatlarının yalnız təxminən 63%-ni əhatə edir. Qalan müraciətlərin daha sonra baxılması gözlənilir.

Yalnız rəsmi olaraq rüsumları ödəmiş şirkətlər - əsasən idxalçılar və iri korporasiyalar - geri qaytarılma üçün müraciət edə biləcəklər. Elektronikadan geyimə qədər bir çox məhsulun qiymətlərinin artması ilə üzləşən milyonlarla amerikalı birbaşa kompensasiya almayacaq.

“FedEx” gömrük rüsumlarını ödəmiş müştərilərə geri qaytaracağını açıqlayıb. “Costco” kompensasiya alacağı təqdirdə ərzaq qiymətlərini aşağı sala biləcəyini bildirib.

İlkin hesablamalara görə, ərizələrin baxılması və geri ödəmələrin verilməsi, təqdim edildikdən sonra 60-90 gün çəkəcək.

20 fevralda ABŞ Ali Məhkəməsi Donald Trampın 2025-ci ilin aprelində əksər ölkələrə birtərəfli qaydada tətbiq etdiyi tarifləri ləğv etdi. Məhkəmə, Trampın tarifləri tətbiq etmək üçün Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa müraciət edərək səlahiyyətlərini aşdığını müəyyən edib. Bir neçə gün sonra ABŞ Gömrük və Sərhəd Mühafizəsi tariflərin yığılmasını dayandırıb.

Artıq 3000-dən çox şirkət administrasiyaya qarşı geri ödəmə tələb edən məhkəmə iddiaları qaldırıb. Bəzi məhkəmə iddiaları Ali Məhkəmənin qərarından əvvəl də qaldırılıb. Daha tanınmış iddiaçılar arasında “Skechers”, “Revlon”, “Toyota”, “Nintendo of America”, “FedEx” və “Costco” var.

Musavat.com

Seçilən
59
musavat.com

1Mənbələr