“Barselona”nın gənc istedadı Lamin Yamal “Selta” ilə matçda aldığı ciddi zədə səbəbindən cari mövsümü vaxtından əvvəl başa vurub.
“Azreform.info ” xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.
“Tibbi müayinələr Yamalın zədəsini təsdiqləyib. O, konservativ müalicə kursu keçəcək. Futbolçu mövsümün qalan oyunlarını qaçırsa da, onun tam sağalaraq 2026-cı il dünya empionatında iştirak edə biləcəyi gözlənilir”, – deyə klubun tibbi heyətinin yaydığı rəsmi məlumatda qeyd olunub.
Xatırladaq ki, İspaniya La Liqasının 33-cü turunda baş tutan “Selta” ilə qarşılaşmada (1:0) 18 yaşlı hücumçu sol ayağının bud nahiyəsindən zədə almışdı.(qafqazinfo)