ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 23 aprel, AZƏRTAC
Tam 11 illik orta təhsil səviyyəsi üzrə martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahanda maksimal 300 bal toplamaqla ən yüksək nəticə göstərənlərdən biri də Bakı şəhəri, 18 nömrəli tam orta məktəbin şagirdi Zəhra Zərbəliyeva olub.
Təəssüratlarını AZƏRTAC-la bölüşən Zəhra bildirib ki, məktəbdə hər zaman əlaçı olub və imtahana IX sinifdən sistemli şəkildə hazırlaşıb.
Gələcək planlarından danışan Zəhra qeyd edib ki, özünü informasiya texnologiyaları sahəsində görür və bu istiqamətdə təhsil almaq üçün ADA Universitetinə dövlət sifarişli əsaslarla qəbul olmağı hədəfləyir. O bildirib ki, bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini isə xaricdə davam etdirməyi planlaşdırır: “Digər abituriyentlərə dərslərini sistemli şəkildə oxumağı tövsiyə edirəm. Evə verilən tapşırığı sona qədər diqqətli şəkildə yerinə yetirməli və dərsdə-dərsə ciddi qulaq asmalıdırlar. Gün ərzində dayanmadan dərs oxumaqla yanaşı, istirahətlərindən də qalmamalıdırlar”.
Müxbir - Aysel Azadqızı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.