AZ

Rusiya İrana məlumatları Gürcüstan vasitəsi ilə ötürür? İddia

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Konqresinin Respublikaçı üzvü Co Vilson Rusiyanın Ukraynada mülki obyektlərə endirdiyi zərbələri sərt tənqid edərək, Moskvanın müharibə taktikasında istifadə olunan pilotsuz uçuş aparatları ilə bağlı ciddi iddialar səsləndirib.

Vilson bildirib ki, o və həmkarları ABŞ istehsalı olan elektron komponentlərin Rusiyaya hansı yollarla keçdiyini araşdırmaq niyyətindədirlər. Onun sözlərinə görə, Ukrayna şəhərlərinə hücum edən dronların qalıqları arasında mütəmadi olaraq Amerika mənşəli hissələrin aşkar edilməsi ciddi təhlükəsizlik sualları yaradır.

Konqresmenin müsahibəsində Gürcüstanın taleyinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ABŞ hökumətini “Gürcü Arzusu” partiyasına qarşı siyasəti yeniləməyə çağırıb.

Vilson, təəssüflə Vladimir Putinin Gürcüstana müdaxiləsinin uğurlu olduğunu qeyd edib.

Müsahibədə səslənən ən maraqlı iddialardan biri də Tbilisi rejiminin Tehranla əməkdaşlığı barədə olub.

Bir qədər qeyri-ciddi görünsə də, Vilson iddia edib ki, Putin İrana kəşfiyyat məlumatları ötürmək üçün “Gürcü Arzusu”nun bəzi üzvləri ilə işləyir.

Vilson Putinin əsas məqsədinin dağılmış Sovet İttifaqını bərpa etmək olduğunu da iddia edib. O, Rusiyanın Belarus, Gürcüstan və Moldovada seçkiləri manipulyasiya etmək cəhdlərini, həmçinin Baltikyanı ölkələrə qarşı təhdidlərini bu planın tərkib hissəsi kimi xarakterizə edib. 

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
azpolitika.info

1Mənbələr