ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı–Quba avtomobil yolunda hərəkət edən yük maşını arakəsməyə çırpılıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə magistralın Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili idarəetmədən çıxaraq yolun beton arakəsmələrinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.