ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyəli aktrisa Merve Boluğur son açıqlaması ilə diqqət çəkib.
"Ölkə.az" xəbər verir ki, 39 yaşlı aktrisa sevgi ilə bağlı fikirlərini bölüşüb:
"Sevgi çətin bir hissdir, insanı insandan uzaqlaşdıran bir duyğudur. Qaldırılması ağır olan sevgidən danışıram, həvəsdən, ani hisslərdən yox. Onlar gəlib-keçici şeylərdir. Dediyim kimi, mən də belə bir hiss yaşamışam. Gözəl bir duyğudur.
Həyat onsuz da acısı, şirini, sınaqları, hər şeyi ilə yaşanır. Əgər belə bir hiss yaşamalıyamsa, yaşayaram. Sevgi gözəl, amma eyni zamanda çox uca bir duyğudur. Həm də inanıram ki, əslində sevgi yalnız Allaha duyulan sevgidir. Həyatda çox şeyə bağlanmamaq lazım olduğuna inanıram".
Qeyd edək ki, Merve iki dəfə ailə qurub və boşanıb.(axşam.az)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.