ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 23 aprel, AZƏRTAC
Turnirdən əvvəl yüksək hazırlıq keçmişdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında birinci olan Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov deyib.
O, əvvəldən uğur qazanacaqlarına inandığını bildirib: "Bütün toplanışlarda iştirak etdik. Güləşçilər arasında zədəli olanlar da var idi. Bu qələbə böyük əziyyətin bəhrəsidir. Ardıcıl dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərova gəlincə, prespektivli idmançıdır. Ona inanırdıq".
Müxbir - Cavid Əliyev
Fotoqraf - Azər İbrahimov
Videoqraf - Vüsal Tağıyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.