AZ

ABŞ də ticarət mərkəzində atışma olub, 10 nəfər xəsarət alıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vaşinqton, 24 aprel, AZƏRTAC

ABŞ-nin Luiziana ştatının Baton-Ruj şəhərində yerləşən ticarət mərkəzində atışma baş verib.

AZƏRTAC-ın məlumatına görə, hadisə zamanı 10 nəfər xəsarət alıb. Atəş açan şəxs azadlıqdadır.

Baton-Ruj meri Sid Edvards bildirib ki, bütün yaralılar hadisə yerindən xəstəxanalara daşınıb və hər kəs ticarət mərkəzindən təxliyə edilib. Polisin məlumatına əsasən, atışma iki qrup arasında gedən dava zamanı baş verib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
5
azertag.az

6Mənbələr