Tehranın bəzi bölgələrində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Musavat.com xəbər verir ki, İranın Nour News və Tehran News kimi yerli media qurumlarının yaydığı məlumata görə, paytaxtın qərb hissəsində son dəqiqələrdə HHM vasitələrinin fəaliyyəti müşahidə olunub.
Məlumata görə, xüsusilə Tehranın qərb istiqamətində hava hücumundan müdafiə sistemlərinin işə salındığı bildirilir. Adıçəkilən mənbələr hadisəni təsdiqləsə də, bunun səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.
Musavat.com