AZ

Gənc yaşda belə qidalananlar qocalanda infarkt olmur

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gənc yaşlardan etibarən tərkibində faydalı amin turşuları olan zülallı qidalarla (məsələn, ət, balıq, yumurta, paxlalı bitkilər) zəngin pəhriz saxlamaq gələcəkdə damarların kirəcləşməsinin, infarkt və insult riskinin qarşısını almağa kömək edir.Demokrat.az xəbər verir ki, alimlər bu qənaətə gəliblər.Damarların sağlamlığını qorumaq üçün illərdir tətbiq olunan vərdişlərin əslində nə qədər təsirli olduğu hər kəsi düşündürür. Rusiyalı mütəxəssislər apardıqları son araşdırmalarla aterosklerozun qarşısını almağın ən optimal yolunu tapdıqlarını bəyan ediblər.Ürək-Damar Xəstəliklərinin Kompleks Problemləri Elmi-Tədqiqat İnstitutunun əməkdaşları qanda lipidlərin (yağların) səviyyəsi yüksək olan canlılar üzərində sınaqlar keçiriblər. Tədqiqat zamanı məlum olub ki, erkən yaşlardan zülal tərkibli qidalara üstünlük vermək damarlarda yaranan fəsadların qarşısını ciddi şəkildə alır. Xüsusilə genetik olaraq xolesterin artımına meyilli olan qruplarda bu pəhriz növü damar tıxanmalarını ləngidir.Alimlər daha əvvəl müəyyən etmişdilər ki, qan zərdabının əsas zülalı olan albuminin səviyyəsi nə qədər yüksək olarsa, insan infarkt və insultdan bir o qədər yaxşı qorunur. Albumin damarlarda lövhələrin yaranmasına səbəb olan artıq kalsiumu neytrallaşdırır.Tədqiqatçılar bu prosesi sürətləndirmək üçün albuminin "tikinti materialı" sayılan amin turşularından istifadə ediblər. Gənc yaşlardan (insanlarda bu, təxminən 18-35 yaş aralığına təsadüf edir) rasiona əlavə edilən həmin maddələr ürəyin aorta qapağının yağlanmasının qarşısını alıb.Həmçinin oxu:

iPhone işlədənlərə təcili xəbərdarlıq

'Bu maşını almayın, peşman olacaqsınız'

Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildiİnstitutun eksperimental təbabət şöbəsinin müdiri Anton Kutixin bildirib ki, amin turşuları ilə zəngin qidalananlarda damar yükü digərlərinə nisbətən xeyli az olub. "Gördük ki, albuminin artması zərərli kalsiumu bağlayaraq damarları qoruyur. Maqneziumla aparılan sınaqlar isə belə yüksək nəticə vermədi. Bu səbəbdən zülal əsaslı qidalanma aterosklerozun profilaktikasında ən effektiv vasitə kimi tövsiyə edilə bilər" - deyə o qeyd edib.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
100
demokrat.az

1Mənbələr