AZ

Trampdan Con Felanın istefasına münasibət

ABŞ Prezidenti Donald Tramp vəzifəsindən istefa edən Hərbi Dəniz Qüvvələri rəhbəri Con Felana təşəkkür edib və gələcəkdə administrasiyaya qayıdacağına ümid etdiyini bildirib.

Azreform.info xəbər verir ki, Amerika liderinin bəyanatı sosial media platforması "TruthSocial"da dərc edilib .

"Con Felan mənim dostumdur. O son bir ildə Hərbi Dəniz Qüvvələri rəhbəri kimi əla iş görüb. Con yuxulu Co Bayden administrasiyası dövründə sürətlə tükənən və faktiki olaraq tərk edilmiş vəziyyətdə olan Hərbi Dəniz Qüvvələrini yenidən qurmağa kömək etdi", - o yazıb.

Tramp vəzifəsindən ayrılmaq qərarına baxmayaraq, Felanın gördüyü işi yüksək qiymətləndirdiyini vurğulayıb.

Felanın ABŞ Hərbi Dəniz Qüvvələri rəhbəri vəzifəsindən istefası 23 apreldə elan edilib . Axios-a görə, onun istefasının səbəblərindən biri Pentaqon katibi Pit Heqsetlə gərgin münasibətləri olub.

Elvin

Azreform.info

Seçilən
37
3
azreform.info

4Mənbələr