BAKI, 24 aprel. TELEQRAF
İran hakimiyyəti Hörmüz boğazından keçid üçün tətbiq edilən rüsumlarla bağlı Rusiya və bir sıra digər ölkələr üçün istisnalar nəzərdə tutub.
Teleqraf xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali jurnalistlərə açıqlamasında məlumat verib.
Diplomat qeyd edib ki, hazırda bu rüsumların gələcəkdə saxlanılıb-saxlanılmayacağı ilə bağlı dəqiq məlumatı yoxdur.
Məlumata görə, Tehran rüsumları ABŞ və İsrailin hücumlarından sonra təhlükəsizlik xərclərinin artması səbəbilə tətbiq edib. Hazırda isə boğazın ABŞ tərəfindən tətbiq edilən blokada aradan qaldırılana qədər tam bağlandığı bildirilir.
“Hazırda Xarici İşlər Nazirliyimiz dost ölkələr üçün, o cümlədən Rusiya üçün nəzərdə tutulmuş istisnaları tətbiq etməyə çalışır”, - deyə Kazem Cəlali vurğulayıb.