AZ

OpenAI GPT-5.5 modelini təqdim edib

OpenAI şirkətinin sözlərinə görə, yeni model istifadəçinin nə etmək istədiyini daha sürətli anlayır və daha çox işi müstəqil şəkildə yerinə yetirə bilir. GPT-5.5 kod yazma və səhvləri aradan qaldırma, onlayn məlumat axtarışı, məlumatların analizi, sənədlər və cədvəllər yaratma, həmçinin tapşırıq tamamlanana qədər alətlər arasında keçid etmə sahələrində “əla” nəticələr göstərir.

OpenAI qeyd ediк ki, xüsusilə agent əsaslı kodlaşdırma, kompüterdən istifadə, “intellektual iş” və ilkin elmi tədqiqatlar üzrə bacarıqlar xeyli yaxşılaşıb. Model təkcə “daha ağıllı” deyil, həm də tapşırıqları daha “səmərəli” həll edir — daha az token və cəhdlə daha keyfiyyətli nəticə əldə edir.

ChatGPT-də GPT-5.5 Thinking mürəkkəb sorğulara daha sürətli cavab verir və daha düşünülmüş, lakonik nəticələr təqdim edir. GPT-5.5 Pro ilə işləyən erkən test istifadəçiləri cavabları GPT-5.4 Pro ilə müqayisədə daha dolğun, yaxşı strukturlaşdırılmış, dəqiq, uyğun və faydalı adlandırıblar. Bu xüsusilə biznes, hüquq, təhsil və məlumat analizi mövzularında özünü göstərir.

GPT-5.5 modeli ChatGPT və Codex-də Plus, Pro, Business və Enterprise abunəçiləri üçün əlçatandır.

Modelin API-yə əlavə olunması “yaxın zamanda” gözlənilir. GPT-5.5 üçün qiymət: 1 milyon giriş tokeni üçün 5 dollar, çıxış tokeni üçün 30 dollardır, kontekst pəncərəsi isə 1 milyon tokendir. GPT-5.5 Pro-nun qiyməti isə müvafiq olaraq 30 və 180 dollar təşkil edir.

Seçilən
47
banker.az

1Mənbələr