Ermənistan Avropa Birliyinə qoşula bilməyəcək.
Publika.az xəbər verir ki, bunu baş nazirliyə namizəd, Xocalı qatili Robert Köçəryan RTVI-yə verdiyi müsahibədə deyib. O, ölkənin birliyə qoşulmasının mümkünsüz olduğunu bildirib.
"Biz heç vaxt siyasi cəhətdən Avropa İttifaqına doğru irəlilədiyimizi deməmişik: başa düşürdük ki, birincisi, bu qeyri-realdır, ikincisi, Avropa İttifaqının qoşulmaq niyyətində olmadığı bir bölgədə yaşayırıq", - deyə siyasətçi bildirib.
O, vurğulayıb ki, Avropa Birliyi genişlənmə siyasətini dayandıracaq, çünki ittifaq daxilində ciddi böhran yaranıb və indi ittifaq üzvləri "nə istədiklərini və hara getdiklərini" anlamalıdırlar.