Cənubi Koreyada 2021-ci ildə baş verən hərbi aviasiya qəzasının detalları açıqlanıb.
Aznews.az xəbər verir ki, istintaq nəticələrinə əsasən, Cənubi Koreya Hərbi Hava Qüvvələri məxsus iki “F-15K” qırıcı təyyarəsinin toqquşmasına pilotların uçuş zamanı selfi və video çəkməsi səbəb olub.
Hadisə Daequ yaxınlığında təlim uçuşu zamanı baş verib. Araşdırma hesabatına görə, pilotlar missiya gedişində xatirə məqsədilə foto və video çəkiblər. Onlardan biri bu uçuşun həmkarları ilə son missiyası olduğunu əsas gətirərək, uçuşdan əvvəl şəkil çəkəcəyini bildirib.
Məlumata əsasən, dönüş manevri zamanı arxadakı təyyarədə olan pilot mobil telefonu ilə çəkiliş aparıb, ön təyyarədəki pilot isə həmin anların videoa çəkilməsi üçün digər pilotdan kömək istəyib. Bu zaman arxadakı pilotun qəfil manevr etməsi iki təyyarə arasında məsafəni təhlükəli dərəcədə azaldıb.
İstintaq materialında qeyd olunur ki, arxadakı pilot “göstəriş xarakterli” manevr edərək, təyyarəni qəfil yuxarı qaldırıb, ön təyyarə isə toqquşmadan yayınmaq üçün sürətlə enməyə çalışıb. Lakin bu hərəkətlər nəticəni dəyişməyib və ön təyyarənin sol qanadı digər təyyarənin quyruq hissəsinə dəyib.
Qəza nəticəsində ölən və yaralanan olmayıb, lakin hər iki təyyarə ciddi zərər görüb.
Hadisə nəticəsində hərbi aviasiyaya təxminən 880 milyon von (təxminən 1 milyon manat) ziyan dəydiyi müəyyən edilib. Əvvəlcə pilotdan tam məbləğin ödənilməsi tələb olunsa da, o, qərardan şikayət verib. Pilot səhlənkarlığı etiraf etsə də, uçuş zamanı bu cür çəkilişlərin qeyri-rəsmi şəkildə geniş yayıldığını iddia edib.