AZ

Ranyeri Qasperini mübahisəsi nə ilə bitdi? İki qoçun başı bir qazanda qaynamadı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Klaudio Ranyeri tezliklə "Roma"nın idman məsləhətçisi vəzifəsindən ayrılacaq.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Qərar rəsmi şəxslə baş məşqçi Can Pyero Qasperini arasında yaranan münaqişə ilə əlaqələndirilir. Ranyerinin klubun transfer siyasəti ilə bağlı açıqlamalarından, eləcə də Qasperininin ötən yay məşqçi vəzifəsinə yalnız dördüncü namizəd olduğunu deməsindən sonra gərginlik yaranıb.

Məşqçi özü vəziyyətin onun üçün sürpriz olduğunu etiraf edib: "Ötən cümə günü keçirilən müsahibə bütün həftə davam edən bir vəziyyət yaratdı. Mənim üçün bu, həqiqətən inanılmaz bir sürpriz idi, çünki Ranyeri ilə mənim aramda, təkrar edirəm, heç vaxt fərqli bir ünsiyyət tonu olmayıb: nə mətbuat konfranslarında, hətta başqa insanların yanında, nə də şəxsi münasibətlərimizdə. Bu, böyük bir sürpriz idi.Bir neçə aydır ki, ondan heç vaxt bu hissi və ya tonu hiss etməmişdim".

Ranierinin gedişinin klubun gələcək idarəetmə strukturuna və romalıların transfer siyasətinə təsir göstərə biləcəyi gözlənilir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
fanat.az

1Mənbələr