AZ

Bakıda II Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika forumunun ikinci günü öz işinə başlayıb

Bakıda II Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika forumunun ikinci günü öz işinə başlayıb.

Olaylar.az xəbər verir ki, forumun ikinci günündə aşağıdakı mövzular müzakirə olunur: əsas boru kəmərlərinin - CPC, BTC, Bakı-Supsa və digərlərinin mövcud gücləri və faktiki ötürmə həcmlərinin icmalı; Orta Dəhliz - Zəngəzur dəhlizinin mümkün açılmasından sonra gözlənilən logistika dəyişiklikləri; tranzit müddətinin azaldılması tədbirləri (rəqəmsallaşma prosesləri, gömrük prosedurlarının unifikasiyası, dəmir yollarının modernləşdirilməsi, donanmanın və vaqon parkının yenilənməsi); Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilməsinin statusu; liman gücləri və inkişafı - Ələt və Dübəndi (Azərbaycan), Aktau və Kurık (Qazaxıstan), Poti, Batumi və Kulevi (Gürcüstan); yük axınlarının artımına hazırlıq; Özbəkistanın logistika habı kimi rolu - Çin və Cənubi Asiya ilə ticarətdə formalaşan mövqeyi və digər məsələlər.

Qeyd edək ki, forumun gündəliyi dəyişən qlobal mühit şəraitində nəqliyyat və infrastruktur, maliyyə aspektləri və sövdələşmələr, eləcə də ticarət strategiyaları daxil olmaqla əsas istiqamətləri əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

2Mənbələr