AZ

Bu BÜRClər addım atmadan əvvəl 100 dəfə düşünür

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Astroloqlar riskdən qaçmağa meyilli və daha çox təhlükəsiz qərarlar verən bürclərin reytinqini hazırlayıb.

Milli.Az xəbər evrir ki, mütəxəssislərin fikrincə, bu xüsusiyyət bir tərəfdən insanı səhvlərdən qoruya bilər, digər tərəfdən isə həyatda vacib fürsətlərin əldən çıxmasına səbəb ola bilər.

Bəs siyahının birinci pilləsində kim qərarlaşıb?

12-ci yer - Qoç

Qoçlar riskdən qorxmayan, impulsiv qərarlar verən bürclərdəndir. Nəticələri tam hesablamasalar belə, addım atmaqdan çəkinmirlər.

11-ci yer - Şir

Şirlər diqqət mərkəzində olmağı sevir və uğur üçün risk etməyə hazırdırlar.

10-cu yer - Oxatan

Macərapərəst Oxatanlar üçün risk həyatın ayrılmaz hissəsidir.

9-cu yer - Əkizlər

Əkizlər maraqlı və həyəcanverici olduqda risk edə bilirlər, lakin çətinlik qarşısında tez geri çəkilirlər.

8-ci yer - Dolça

Dolçalar qeyri-adi qərarlar verməyə açıqdırlar və dəyişiklikdən çəkinmirlər.

7-ci yer - Tərəzi

Tərəzilər qərar verməzdən əvvəl uzun-uzadı düşünür, zəmanət olmadan risk etməyi sevmirlər.

6-cı yer - Balıqlar

Balıqlar intuisiya ilə hərəkət edir, bəzən emosiyalarına görə riskə gedirlər.

5-ci yer - Əqrəb

Əqrəblər yalnız qazanc əldə edəcəklərinə əmin olduqda risk edirlər və əvvəlcədən plan qururlar.

4-cü yer - Oğlaq

Praqmatik Oğlaqlar sabitliklərini təhlükəyə atacaq addımlardan uzaq dururlar.

3-cü yer - Xərçəng

Xərçənglər təhlükəsizlik və rahatlığa üstünlük verir, xüsusilə yaxınlarını riskə atmaq istəmirlər.

2-ci yer - Buğa

Buğalar komfort zonalarını tərk etməyi sevmir və daha çox yoxlanılmış yolları seçirlər.

1-ci yer - Qız bürcü

Siyahının zirvəsində Qız bürcü qərarlaşıb. Onlar hər detalı analiz edir, mümkün riskləri əvvəlcədən hesablayır və maksimum dərəcədə ehtiyatlı davranırlar.

Astroloqlar bildirir ki, riskdən qaçmaq bəzən düzgün strategiya olsa da, həyatda irəliləmək üçün müəyyən məqamlarda risk almaq da vacibdir.

Fidan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
news.milli.az

5Mənbələr