AZ

Hörmüz böhranı Avropanı çətin vəziyyətə saldı: Azərbaycan üçün inanılmaz imkan

Hörmüz boğazı ətrafında artan geosiyasi gərginlik və xüsusilə İran, İsrail və ABŞ arasında baş verən qarşıdurma qlobal enerji və logistika zəncirlərinə ciddi təsir göstərir. Bu vəziyyət xüsusilə aviasiya sektorunda yanacaq təchizatında boşluqlar yaradaraq Avropa bazarında yeni alternativ axtarışlarını sürətləndirir. Mövcud şərait isə enerji ixrac edən ölkələr üçün potensial imkan pəncərəsi yaradır.

Azərbaycan yaranmış bu vəziyyətdən istifadə edərək Avropa üçün alternativ təyyarə yanacağı tədarükçüsünə çevrilə bilərmi?

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, Yaxın Şərqdəki böhran, son on ildə Avropada yeni iqlim tələbləri və enerji keçidi səbəbilə neft emalı güclərinin bağlanması, eləcə də Yaxın Şərqdən gətirilən kerosindən asılılığın artması Avropanın enerji təchizatının nə qədər zəif olduğunu üzə çıxarıb.

“ABŞ və İsrailin İranla apardığı müharibə və Hörmüz boğazının bağlanması, Yaxın Şərqdən neft məhsullarının təchizatını kəsdiyi üçün qısa zamanda Avropa ölkələri aviasiya yanacağı böhranı ilə üzləşdi. Hörmüz boğazının bağlanmasının ardınca qlobal neft və tanker balansının pozulması, Avropadakı neft emalı güclərinin gündəlik xammalla yüklənməsində yaşanan problemlər, açıq rəngli neft məhsullarının idxalına artan etibar Avropa ölkələrini məhdud alternativ mənbələr və Asiya enerji bazarları ilə artan rəqabətlə son dərəcədə həssas vəziyyətə saldı.

Avropa Yanacaq İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2009-cu ildə Avropada 100 neft emalı zavodu fəaliyyət göstərdiyi halda, 2026-cı ildə onların sayı 28 ədəd azalaraq 72-yə düşüb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, keçən il Avropa istehlak etdiyi təyyarə yanacağının təxminən üçdə birini idxal edib, idxalın 75 faizi Yaxın Şərqdəndir”.

Seçilən
59
publika.az

1Mənbələr