ain.az, 525.az portalına istinadən məlumat yayır.
“Valideyn yalnız imtahan günlərində deyil, gündəlik olaraq övladının təhsilinə maraq göstərməlidir. Burada məsələ təkcə qiymətlər deyil - uşağın motivasiyası, psixoloji vəziyyəti və dərsə münasibəti də diqqətdə olmalıdır”.
Bu fikri 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib. Ekspertin sözlərinə görə, müəllim nə qədər peşəkar olsa da, valideyn dəstəyi olmadan nəticə tam istənilən səviyyədə olmur. Təəssüf ki, bəzi hallarda valideynlər zəif nəticəyə görə məsuliyyəti yalnız müəllimin üzərinə qoyur. Halbuki, evdə öyrənmə vərdişləri formalaşmırsa, mütaliə yoxdursa və vaxt daha çox sosial şəbəkələrə sərf olunursa, təkcə məktəb bu vəziyyəti dəyişə bilməz.
Ekspert qeyd edib ki, təhsil yalnız məktəbin işi deyil, ailənin də mədəniyyətidir. Sağlam və düşünən nəsil üçün valideyn müəllimə nəzarət edən yox, onunla əməkdaşlıq edən tərəf olmalıdır.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.