AZ

“Crocus” terrorçularını gizləndiyi hostelin rəhbəri barədə şok faktlar

ain.az, Milli.az saytına istinadən bildirir.

"Crocus City Hall" terrorçularının qaldığı hostelin rəhbəri əvvəllər qətllərə görə məhkum olunub.

Moskva vilayətində yerləşən "Crocus City Hall"dakı terror aktını törədən şəxslərin qanunsuz yaşadığı hostelin idarəçisi əvvəllər cinayətə görə uzun müddət həbsdə olub.

Milli.Az xəbər verir ki, bu barədə "RİA Novosti" tərəfindən əldə olunan sənədlərdə məlumat verilib.

Bildirilir ki, qadın 2007-ci ilin aprelində məhkəmə qərarı ilə 3 epizod dələduzluq, eləcə də qətllərə təhrik və köməkçilik ittihamları üzrə 15 il azadlıqdan məhrum edilib.

Jurnalistlərin məlumatına görə, o, 2018-ci ilin yazında şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

Ayxan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
news.milli.az

3Mənbələr