Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Küveyt hava məkanını yenidən açır.
Redaktor.az xəbər verir ki, bu barədə KUNA məlumat yayıb.
Bildirilib ki, Küveyt ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından sonra ilk dəfə hava məkanını yenidən açıb.
Qeyd olunub ki, Mülki Aviasiya İdarəsinin baş direktoru Hamud Mübarəkin sözlərinə görə, Küveyt Beynəlxalq Aeroportunun hava məkanı 23 aprel tarixində, bölgədəki vəziyyətlə əlaqədar olaraq 28 fevraldan bəri tətbiq edilən məhdudiyyətlərdən sonra bərpa edilib.
Məlumata görə, bu addım hava nəqliyyatının mərhələli şəkildə bərpasını nəzərdə tutan planın bir hissəsidir və aeroportun yaxın dövrdə tam fəaliyyətə keçməsi məqsədi daşıyır.
Mübarək bildirib ki, səlahiyyətli qurumlar İran və ona bağlı silahlı qrupların bəzi obyektlərə vurduğu ziyanın qiymətləndirilməsini artıq başa çatdırıb.
O, həmçinin bu müddət ərzində göstərdiyi dəstəyə görə Səudiyyə Ərəbistanına təşəkkür edib.
Açıqlamada qeyd olunub ki, "Kuwait Airways" və "Jazeera Airways" aviaşirkətləri 26 apreldən etibarən uçuşları bərpa edəcək.
Xatırladılıb ki, ABŞ-İsrail hərbi əməliyyatlarının başlanmasından sonra Küveyt Beynəlxalq Hava Limanı bağlanmış, bütün uçuşlar isə Səudiyyə Ərəbistanına yönləndirilmişdi.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.