"CASPIAN FINANCE Bank Olmayan Kredit Təşkilatı" MMC-nin nizamnamə kapitalı 2 dəfə azaldılaraq 10 milyon manatdan 5 milyon manata endirilib.
Marja.az bu barədə BOKT-ın bildirişinə istinadən xəbər verir.
""CASPIAN FINANCE Bank Olmayan Kredit Təşkilatı" MMC - iştirakçıların Ümumi Yığıncağının 20 aprel 2026-cı il tarixli, 04/2026-2 saylı qərarına əsasən, iştirakçıların Ümumi Yığıncağının 29.05.2025-ci il tarixli, 05/2025-02 saylı qərarı ilə daşınmaz əmlak hesabına artırılmış 5 000 000 manat məbləğində cəmiyyətin nizamnamə kapitalının əmlakın kapitaldan geri çıxarılması hesabına azaldığını elan edir", bildirişdə deyilir.