AZ

Ranyeri "Roma"dan ayrılır?

İtaliya A Seriyası təmsilçisi “Roma”nın idarə heyətinin müşaviri Klaudio Ranyeri vəzifəsindən ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, Ranyerinin komandadan ayrılmasına səbəb “qurdlar”ın baş məşqçisi Can Pyero Qasperini ilə yaşadığı münaqişədir.

ESPN nəşri bir müddət əvvəl hər iki mütəxəssis arasında klubun transfer siyasəti ilə bağlı fikir ayrılığı yarandığını bildirmişdi.

Qasperini bəzi oyunçulardan məyus olduğunu qeyd etmiş, Ranyeri isə bütün transferlərin baş məşqçi ilə razılaşdırıldığını vurğulamışdı.

Qeyd edək ki, Ranyeri 2025-ci ilin yayında “Roma”nın idarə heyətinin müşaviri vəzifəsinə təyin olunmuşdu.

“Real”da daha bir itki: Arda Gülerdən sonra o da…

Türkiyə Kuboku: "Trabzonspor" yarımfinalda

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

"Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA

"Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA

Seçilən
32
1
apasport.az

2Mənbələr