AZ

Rektor: Dünya şəhərlərinin gələcəyi informasiya texnologiyaları ilə formalaşır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Müasir dünyada informasiya texnologiyaları bütün sahələrin inkişaf trayektoriyasını müəyyən edən əsas qüvvələrdən birinə çevrilib. Rəqəmsallaşma, süni intellekt, ağıllı idarəetmə sistemləri, məlumat təhlükəsizliyi və innovativ mühəndislik həlləri artıq təkcə texnologiya sahəsinin deyil, memarlıq, inşaat, şəhərsalma, sənaye və təhsil sistemlərinin də ayrılmaz tərkib hissəsidir.

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova deyib. Rektor qeyd edib ki, bu baxımdan AzMİU-da keçirilən İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 3-cü Beynəlxalq Konfrans (ITTA 2026) xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, belə beynəlxalq tədbirlər müxtəlif ölkələrdən alimləri, tədqiqatçıları, mühəndisləri və sənaye nümayəndələrini bir araya gətirərək elmi ideyaların mübadiləsinə, ortaq tədqiqatların formalaşmasına və yeni texnoloji yanaşmaların müzakirəsinə geniş imkan yaradır.

Gülçöhrə Məmmədova vurğulayıb ki, bu gün dünya şəhərlərinin gələcəyi məhz informasiya texnologiyalarının imkanları ilə yenidən formalaşır: “Ağıllı şəhər” modelləri, enerji səmərəliliyi, təhlükəsiz bina texnologiyaları, rəqəmsal layihələndirmə, BIM sistemləri və süni intellekt əsaslı həllər dayanıqlı inkişafın əsas elementləridir. Bu istiqamətdə keçirilən konfranslar isə nəzəri biliklərin praktiki tətbiqə çevrilməsində mühüm rol oynayır. Hesab edirəm ki, ITTA 2026-nın WUF13 ərəfəsində keçirilməsi konfransı daha əlamətdar və daha aktual edir.

Qeyd edək ki, AzMİU-da üçüncü dəfədir keçirilən konfransda bu il dünyanın 20-dən çox ölkəsindən 210 alimi bir araya gəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
azertag.az

2Mənbələr