AZ

“Bizə belə deputat lazım deyil” Siyavuş Novruzovu boykot etdilər

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli Məclisin deputatı Siyavuş Novruzovun seçiciləri ilə təşkil etdiyi onlayn görüş Naxçıvanda etirazla qarşılanıb. Deputatın bu addımından narazı qalan sakinlər görüşü hörmətsizlik sayaraq boykot etməyə qərar veriblər. Bu səbəbdən qəbulda yalnız az sayda sakin iştirak edib.

"AzPolitika" xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, bu cür görüş problemləri müzakirə etmək yox, görüntü yaratmaq üçündür.

Seçicilərdən Nazim Mahmudov deputatın fəaliyyətsizliyindən şikayət edərək onun saxta yolla seçildiyini iddia edir:“Bu, qəbul deyil, açıq-aşkar seçiciyə hörmətsizlikdir, imitasiya və manipulyasiyadır. Özünə əziyyət verib seçicinin ayağına gəlmək istəmir. Onsuz da saxta yolla seçilib. Bilir ki, növbəti dəfə də seçiləcək. Çünki seçicinin səsi deputat olmaq üçün vacib deyil. Bizim problemlərimiz illərlə yığılıb qalıb – işsizlik, sosial çətinliklər, müxtəlif qurumlarda haqsızlıqlar. Amma bu deputatdan bir dəfə də real dəstək görməmişik”.Digər sakin Asif Ağayev isə deyir ki, deputatı yalnız seçki vaxtı görə bilirlər:“Biz bu adamı yalnız seçki vaxtı görə bilmişik. Ondan sonra nə özü var, nə də səsi çıxır. İllərlə yazdığımız müraciətlər cavabsız qalıb. İndi isə çıxıb deyir ki, guya onlayn qəbul keçirir. Hansı qəbul? Kim iştirak edib? Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır. Əgər doğrudan da seçicilərlə işləyirdisə, niyə illərlə bir dəfə də olsun açıq görüş keçirmədi? Köməkçisini belə görə bilmirik. Çünki onu biz seçməmişik, bu dairəyə təyin ediblər. Bizə belə deputat lazım da deyil”.

Qeyd edək ki, Siyavuş Novruzov 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputat seçilib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
85
azpolitika.info

1Mənbələr