AZ

ŞOK: Qayınana “Kainat gözəli”ni əri və körpəsinin gözü qarşısında güllələdi - Anbaan video

27 yaşlı meksikalı keçmiş "Kainat gözəli" Karolina Qomez evində güllələnərək öldürülüb. 

Ölkə.az xəbər verir ki,  bir neçə gün öncə Mexiko şəhərində yaşayan keçmiş "Kainat gözəli" Karolina Qomez evində bədən və başından güllələnmiş vəziyyətdə tapılıb. 
Araşdırma nəticəsində bəlli olub ki, hadisə evdəki  təhlükəsizlik kamerası tərfindən anbaan qeydə alınıb.

 Araşdırma zamanı o da bəlli olub ki, hadisə baş verən zaman qayınanası, əri və 8 aylıq körpəsinin evdə olduğu müəyyən edilib. 

27 yaşlı Qomezin qatili onun qayınanası olduğu ortaya çıxıb.
Videodan da aydın görünür ki, 45 saniyəlik səs yazısında iki qadın arasında kiçik bir mübahisə baş verir, sonra Qomez otağa girir. Qayınanası da onu sakitcə izləyərək onun ardınca girdiyi otağa keçir. Otaqda  silah səsləri eşidilir. Altı dəfə atəş açılır. Qomezin qışqırıqları eşidilir, əri qızlarını qucağında götürüb anasına qışqırır: "Dəli qadın, nə etmisən?"

Qayınana  cavab verir: "Heç nə, o, sadəcə məni qəzəbləndirdi." Oğlu qışqırmağa davam etdikdə, qadın  deyir: "Sən mənimsən, onun yox".
Qeyd edək ki, kaliforniyalı Karolina Flores Qomez 2017-ci ildə "Miss Kainat" müsabiqəsinin qalibi olub. Qomez Mexiko şəhərinin ən elit bölgələrindən birində yaşayırmış.

Mürtəza

Seçilən
113
1
olke.az

2Mənbələr