AZ

Azərbaycandan Ermənistana nə qədər mal göndərilib? - SİYAHI

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən son görüşdən sonra tərəflər arasında normallaşma prosesinin yalnız siyasi deyil, iqtisadi istiqamətdə də irəlilədiyi görünür. 

Ticarət və logistika marşrutlarının açılması, tranzit daşımaların bərpası və birbaşa ixrac əməliyyatlarının başlaması iqtisadi əlaqələrin mərhələli şəkildə inkişaf etdiyini göstərir. 

“Cebheinfo.az” xəbər verir ki, xüsusilə 2025-ci ilin noyabrından etibarən Azərbaycan ərazisi üzərindən Ermənistana yüklərin daşınması və Azərbaycandan Ermənistana yanacaq göndərişləri regionda yeni iqtisadi mərhələnin formalaşdığını nümayiş etdirir.

Rəsmi qurumların açıqlamalarına əsasən, həmin dövrdən bu günədək qeydə alınan bütün məlum daşımalar belədir:

2025-ci ilin 6 noyabrında Azərbaycan ərazisi vasitəsilə Ermənistana ilk tranzit yük qatarı buraxılıb. Qatar Rusiyadan gələn buğdanı daşıyıb. Bu, uzun fasilədən sonra ilk rəsmi tranzit daşınma kimi qeyd olunub.

8 noyabrda isə Qazaxıstandan Ermənistana Azərbaycan üzərindən 1 000 ton buğda çatdırılıb. Bununla noyabr ayında açıq rəqəmlə təsdiqlənən yük həcmi ən azı 1 000 ton olub.

2025-ci ilin 18 dekabrında Azərbaycandan Ermənistana ilk birbaşa ixrac əməliyyatı həyata keçirilib. Həmin gün 22 sistern vaqonla 1 220 ton AI-95 markalı benzin göndərilib. 

Bu yük Gürcüstan üzərindən Ermənistana çatdırılıb və iki ölkə arasında ilk birbaşa kommersiya yanacaq göndərişi hesab olunub.

2026-cı ilin 9 yanvarında Azərbaycandan Ermənistana 48 vaqonla 2 698 ton yanacaq yola salınıb. Bunun:

Ardınca 11 yanvarda əlavə 18 vaqonla 979 ton AI-92 markalı benzin göndərilib. Beləliklə, yalnız yanvar ayında ümumi ixrac həcmi 3 677 ton təşkil edib.

2026-cı ilin 25 fevralında Azərbaycandan Ermənistana növbəti iri partiya göndərilib. Bu dəfə 39 sistern vaqonla 4 500 ton dizel yanacağı yola salınıb. Bu, həmin tarixədək ən böyük birbaşa yanacaq partiyası kimi qeydə alınıb.

2026-cı ilin 5 martında Azərbaycandan Ermənistana 31 vaqonla 1 984 ton dizel yanacağı göndərilib. Eyni gün əlavə olaraq Rusiyadan gələn 2 vaqonla 135 ton gübrə Azərbaycan üzərindən tranzit qaydada Ermənistana çatdırılıb.

9 martda Rusiya mənşəli 7 vaqon buğda Azərbaycan üzərindən Ermənistana çatdırılıb.

11 martda isə 11 vaqonla 1 023 ton buğda (xalis çəkisi 770 ton) göndərilib.

Aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.

2026-cı ilin 11 aprelində Azərbaycandan Ermənistana 15 vaqonla 887 ton dizel yanacağı gedib.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə rəsmi açıqlamasına görə, 2025-ci ilin noyabrından 2026-cı il 15 aprel tarixinədək Azərbaycan ərazisi vasitəsilə Rusiyadan və Qazaxıstandan Ermənistana ümumilikdə 26 295 ton yük çatdırılıb. Bunun tərkibi belə olub:

Həmin rəsmi məlumatda qeyd olunub ki, 2025-ci ilin dekabrından 2026-cı il 15 aprelədək Azərbaycandan Ermənistana ümumilikdə 9 337 ton yanacaq ixrac olunub. Bunun:

Qeyd edək ki, Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Taxılın ümumi çəkisi 350 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Beləliklə, rəsmi statistikaya əsasən, Azərbaycan üzərindən Ermənistana əsasən buğda, gübrə və ərzaq məhsulları, Azərbaycandan Ermənistana isə əsasən benzin və dizel yanacağı göndərilib. 

Bu rəqəmlər tərəflər arasında iqtisadi əlaqələrin ilkin mərhələdə enerji və strateji ərzaq məhsulları üzərində qurulduğunu göstərir.

Seçilən
29
cebheinfo.az

1Mənbələr