
Həftəsonu paytaxtın daha 3 ünvanında təmir aparılacaq.
Yeniavaz.comxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Sözügedən ünvanlar aşağıdakılardır:
1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası);
2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası);
3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində).
Bildirilib ki, təmir işlərinə aprelin 24-ü saat 23:00-da başlanılacaq və aprelin 26-sı saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır.