İsrail ordusu Livan ərazisində yerləşən “Hizbullah” qruplaşmasının mövqelərinə hava zərbələri endirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Israel Defense Forces" məlumat yayıb.
Bildirilib ki, zərbələr ötən gün İsrailin Ştula yaşayış məntəqəsinə raket atəşinə cavab olaraq həyata keçirilib. İsrail ordusunun açıqlamasına görə, Livanın cənubundakı Xirbet-Səlim və Tulin bölgələrində yerləşən hərbi obyektlər hədəfə alınıb.
Məlumata əsasən, vurulan məntəqələr İsrail əsgərlərinə və ölkə ərazisinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunurdu.
İsrail ordusu bəyan edib ki, ölkə əhalisinə və hərbçilərinə qarşı təhlükələrə cavab olaraq qəti tədbirlər görməyə davam edəcək.
NURİYYƏ