AZ

Vüsalə Əlizadə vətəndaşı təhqir edib?

Aparıcı Vüsalə Əlizadənin vətəndaşı təhqir etdiyi iddia olunur.

Publika.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə “Hüquqşünaslar” qrupunda paylaşım edilib.

Paylaşım sahibi bildirib ki, aparıcı ona və ailə üzvlərinə təhqiramiz mesajlar göndərib. O, iddialarını əsaslandırmaq üçün yazışmaların görüntülərini də yayıb.

Vətəndaş qeyd edib ki, məsələ ilə bağlı artıq 102 xidmətinə məlumat verib:

“Tanınmış aparıcı Vüsalə Əlizadə tərəfindən mən və ailə üzvlərim təhqir olunmuşuq. Bildirirəm ki, təhqirə səbəb olacaq heç bir hərəkətə yol verməmişəm. Məsələ ilə bağlı dərhal 102-yə məlumat vermişəm. Təhqir olunmağımla bağlı məhkəməyə də müraciət edə bilərəm?”. (BakuPost)

Seçilən
10
9
publika.az

10Mənbələr