"Benfika"nın dayaq yarımmüdafiəçisi Riçard Rios karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.
Məlumata görə, onun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qırmızı şeytanlar"ın bu transferi reallaşdırmaq üçün 45 milyon avro xərcləməli olacaqlarını vurğulayıb. Kolumbiya millisinin üzvünün qiymətinin dünya çempionatından sonra arta biləcəyi də diqqətə çatdırılıb.
Cari mövsüm bütün turnirlərdə 42 matça çıxan Rios 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Benfika" ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı 25 yaşlı futbolçunun transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.
Xatırladaq ki, Portuqaliya komandasına ötən il "Palmeyras"dan transfer olunan Riçard hələ Braziliya klubunda oynadığı dönəmdə də MY-nin onunla maraqlandığı açıqlanmışdı.
Toğrul