AZ

Amerikalı kişi spirtli içki qəbul etmədən sərxoş ola bilir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Florida ştatında yaşayan Mark Monqiardo nadir “avtopivxana sindromu” (auto-brewery syndrome) səbəbindən heç bir spirtli içki qəbul etmədən mütəmadi olaraq sərxoş vəziyyətə düşür.Demokrat.az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) qəzeti yazır.Məlumata görə, kişi 2018-ci ildən bəri tamamilə spirtli içkilərdən imtina etsə də, orqanizminin yaratdığı etanol səbəbindən sərxoşluq əlamətləri yaşayır. Həkimlərin bildirdiyinə görə, dünyada bu sindromun sənədləşdirilmiş halları 100-dən azdır.Sindrom bağırsaqlarda mayaların həddindən artıq çoxalması ilə bağlıdır. Bu mikroorqanizmlər qida ilə qəbul edilən karbohidrat və şəkərləri fermentasiya edərək etanola çevirir. Nəticədə çörək və ya şirniyyat kimi adi qidalar belə qanda spirt səviyyəsinin artmasına səbəb ola bilər.Monqiardo uzun müddət simptomlarını ağır iş qrafiki və stresslə əlaqələndirib. Lakin zaman keçdikcə vəziyyət ağırlaşıb: nitqin pozulması, koordinasiya itkisi və şüur qarışıqlığı kimi əlamətlər ortaya çıxıb. Bəzi hallarda qanda spirt səviyyəsi iki günə qədər yüksək qalıb.Bu vəziyyət ciddi nəticələrə də yol açıb: o, işini itirib və Nyu-York ştatında iki dəfə sərxoş halda avtomobil idarə etmək ittihamı ilə üzləşib — onlardan biri spirtli içki qəbulunu dayandırdıqdan sonra baş verib.Hazırda kişi ciddi pəhriz saxlayır, müxtəlif qidalara orqanizmin reaksiyasını izləyir və avtomobil idarə etməzdən əvvəl alkoqol test cihazları ilə yoxlama aparır.Həkimlərin nəzarəti və müalicə sayəsində vəziyyət qismən yaxşılaşıb. Monqiardo bildirib ki, diaqnozun qoyulması ona nəzarət hissini geri qaytarıb."Ən çətini qeyri-müəyyənlik idi. İndi planım var və irəlilədiyimi hiss edirəm", deyə o qeyd edib.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
demokrat.az

1Mənbələr