AZ

Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişdi



Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 30 mart tarixli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

- "Azərbaycan Respublikasının energetika naziri" sözləri "Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini" sözləri ilə əvəz olunub;

- "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası energetika nazirinin müavini" əlavə olunub;

- "Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini" əlavə edilib;

- "Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri" abzasının sonra "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri" əlavə olunur;

Azərbaycan Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.

Seçilən
24
15
baki-xeber.com

10Mənbələr