AZ

Kənd təsərrüfatında sistemli problemlər: subsidiyalar artır, məhsuldarlıq azalır

ain.az bildirir, Gununsesi portalına istinadən.

KDMN tədbirləri çərçivəsində kənd təsərrüfatı sahəsində aparılan araşdırmalar bir sıra ciddi sistemli problemləri üzə çıxarıb.

Gununsesi.info xəbər verir ki, hesabata görə, heyvanların identikləşdirilməsi prosesinin lazımi səviyyədə təşkil olunmaması və vahid elektron informasiya sisteminin formalaşdırılmaması səbəbindən bir çox nəzarət mexanizmləri faktiki olaraq işlək deyil.

Belə ki, mövcud vəziyyət heyvanların hərəkətinin izlənilməsini və aparılan profilaktik peyvəndləmə işlərinin həqiqiliyinin müəyyənləşdirilməsini mümkünsüz edir.

Eyni zamanda iri və xırdabuynuzlu heyvanların say göstəriciləri müxtəlif qurumların hesabatlarında fərqli əks olunduğundan bu məlumatların etibarlılığı şübhə altına düşür.

Araşdırmada həmçinin qeyd olunur ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin bir hissəsi vaxtında icra olunmayıb. Bu isə 2025-ci ilin sonunadək müəyyən edilmiş hədəflərə nail olunmasını sual altına salır.

Digər diqqət çəkən məqam isə dövlət dəstəyi mexanizmlərinə baxmayaraq məhsuldarlığın azalmasıdır. Belə ki, meyvə bağlarına əkin subsidiyalarının davamlı verilməsi və texnika alınmasına güzəştli maliyyə dəstəyi göstərilməsi fonunda ölkə üzrə meyvə və giləmeyvə məhsuldarlığında azalma müşahidə olunub.

Bundan əlavə, əkin subsidiyalarının verilməsi mexanizminin səmərəsiz olduğu vurğulanır. Fermerlər tərəfindən əsasən yalnız əkin (şum) işlərinin aparılması əsas götürülür, məhsuldarlıq göstəriciləri isə ya nəzərə alınmır, ya da risk meyarları formalaşdırılmır. Nəticədə nəzarət və monitorinq sistemi məhsuldarlığa deyil, formal göstəricilərə əsaslanır.

Ekspertlər bildirir ki, bu yanaşma fermer davranışlarını real istehsal nəticələrindən çox, subsidiya əldə etməyə yönəldir və kənd təsərrüfatında effektivliyin artırılmasına mane olur.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
icma.az

1Mənbələr