AZ

Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib (FOTO)

Bakı.Trend:

23 apreldə qeyri-formal və informal təhsilin tanınması(QFİTT)istiqamətində “Norm” ASC və Təhsildə Keyfiyyət TəminatıAgentliyinin (TKTA) tərəfdaşlığı ilə Norm Ustalar Klubunun üzvüolan 30 usta sertifikasiya imtahanına cəlb olunub.

“Norm” ASC tərəfindən təşkil olunan 1 aylıq intensiv təlimproqramını uğurla başa vurmuş iştirakçılar QFİTT çərçivəsində TKTAtərəfindən “İnşaat ustası” peşə ixtisası üzrə qiymətləndirməninbirinci mərhələsində - nəzəri imtahanda iştirak ediblər. Nəzərimərhələni uğurla tamamlayan namizədlərin qiymətləndirmənin ikincimərhələsinə - praktik imtahana cəlb olunması nəzərdə tutulur.

Bu təşəbbüs QFİTT istiqamətində hər iki qurumun birgə həyatakeçirdiyi ikinci layihədir. 2024-cü ildə icra edilmiş ilk layihədənəzəri imtahandan müvəffəqiyyətlə keçərək praktik mərhələdə iştirakhüququ əldə etmiş 23 nəfər iştirakçıdan 21-i TKTA tərəfindənmüvafiq peşə ixtisasını təsdiq edən rəsmi sənədlə təltifolunmuşdu.

Qeyd edək ki, “Norm” ASC ilə TKTA arasında QFİTT istiqamətindəAnlaşma Memorandumu 2024-cü ildə imzalanıb. Bu tərəfdaşlıqçərçivəsində inşaat ustalarının bilik və bacarıqlarınınqiymətləndirilməsi və rəsmi şəkildə tanınmasına yönəlmişlayihələrin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi inşaat ustalarının peşəkar inkişafınıdəstəkləmək, onların dayanıqlı məşğulluq imkanlarını genişləndirməkvə sosial rifahının yüksəldilməsinə töhfə verməkdir. “Norm” ASC bukimi təşəbbüslərlə ustaların inkişafına dəstək olmaqla yanaşı,ümumilikdə ölkənin inşaat sektorunun inkişafına töhfə verməyihədəfləyir.

Norm
Norm
Norm
Norm
Norm
Məqalədə:
Seçilən
59
6
az.trend.az

7Mənbələr