AZ

Bu xəbər “Qarabağ” azarkeşlərini çox sevindirəcək – Qurbanov fikrini dəyişdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevlə bağlı yekun qərarını vermək üzrədir.

İdmanxeber.az-a verilən məlumata görə, millimizin üzvünə hazırda ciddi maraq var. Hətta TOP-5 ölkərindən belə müdafiəçiyə təkliflər gəlir.

Qışda onu onu transfer etmək istəyən klublar hazırkı vəziyyətdən istifadə edərək, Elvini heyətini qatmaq istəyir.

Ancaq əldə etdiyimiz məlumata görə, Cəfərquliyevlə “Qarabağ” arasındakı münasibətlər tamamən bitməyib. Qurban Qurbanov futbolçuya bir şans da vermək istəyir.

Onun baş məşqçi tərəfindən bağışlanma ehtimalı yüksəkdir. Qurbanov müdafiəçinin gələcək karyerasını düşünərək, Elvini böyük ehtimalla bağışlayacaq.

Əgər son anda qeyri-adi nəsə baş verməsə, millimizin futbolçusu “Qarabağ”da oynamağa davam edəcək.

Xatırladaq ki, bir müddət öncə nizam-intizam qaydalarını pozduğu üçün futbolçu əvəzedici heyətə göndərilib.

Seçilən
17
idmanxeber.az

1Mənbələr