Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 aprel 2026-cı il tarixində yerin təkindən istifadə sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyətin təkmilləşdirilməsi və idarəetmədə şəffaflığın artırılması məqsədilə mühüm Fərman imzalanıb.
Fərmana əsasən, bu sahədəki proseslər 2027-ci il avqustun 1-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Rəqəmsal ekologiya” informasiya sistemi vasitəsilə, “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək.