Bu ilin yanvar-mart aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 264 milyon 687 min ABŞ dolları təşkil edib.
"Report" un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 % çoxdur.
Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 30 % artaraq 235 milyon 26 min dollar, bu ölkədən idxalının dəyəri isə 20,7 % artaraq 29 milyon 661 min dollar olub.
Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 2,8 %-i qədər olub. O cümlədən, Gürcüstana ixrac ümumi ixracın 4,3 %-ni , Gürcüstandan idxal isə ümumi idxalın 0,7 %-ni təşkil edib.
"Cebheinfo.az"