AZ

Çinli alimlər Ay nümunələrində iki yeni mineral aşkar ediblər

Çinli elm adamları "Chang"e-5" missiyası ilə Yerə gətirilən Ay süxurlarında iki yeni mineral müəyyən ediblər.

BAKU.WS xəbər verir ki, Çin Milli Kosmik Administriyasının məlumatına görə, yeni minerallar "magnesiochangesite-(Y)" və "changesite-(Ce)" adlandırılıb. Onların adı Beynəlxalq Mineraloji Assosiasiyası tərəfindən də təsdiqlənib.

Mütəxəssislər bildiriblər ki, bu kəşflə Ay nümunələrindən aşkar edilən yeni mineralların sayı 8-ə yüksəlib. Daha əvvəl "changesite-(Y)" adlı mineral da müəyyən olunmuşdu.

Alimlər bu tapıntının Ayın geoloji tərkibinin daha dərindən öyrənilməsi üçün vacib olduğunu qeyd edirlər.

Seçilən
9
1
far.az

2Mənbələr