AZ

“ABŞ İrandakı hədəflərinin təxminən 75%-ni vurub” – Tramp


ABŞ İrandakı hədəflərinin təxminən 75 faizini vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə jurnalistlərə bildirib.
Tramp müharibənin dörd-altı həftə davam edəcəyi ilə bağlı əvvəlki açıqlamasına cavab olaraq “Mən kiçik bir fasilə verdim”, - deyib.
O, həmçinin nüvə silahından istifadə ehtimalını da istisna edib.
“Mən yaxşı bir razılaşma əldə etmək istəyirəm. Mən elə indi razılaşma əldə edə bilərəm. Ancaq bərpa olunması 20 il çəkəcək. Mən bunu etmək istəmirəm”, - ABŞ prezidenti qeyd edib.
O, bunun üçün bir cədvəl müəyyən etmək istəmədiyini, ancaq hər şeyin olduqca tez baş verəcəyini və Hörmüz boğazını açacağını bildirib.
Seçilən
58
yeniavaz.com

1Mənbələr