Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Prezident İlham Əliyevin Sərəncamına əsasən, Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1453,09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.