AZ

Lavrov Astanaya səfər edəcək

Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 29–30-da rəsmi səfərlə Astanaya gedəcək.

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı məlumat verib.

Doğru.az xəbər verir ki, səfər çərçivəsində Lavrovun Kasım-Jomart Tokayev tərəfindən qəbul olunacağı gözlənilir.

Diplomatın həmçinin Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ilə danışıqlar aparacağı bildirilir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Drujba” boru kəmərinin dayandırılması halında Moskvanın Astananın maraqlarını təmin edəcəyini açıqlamışdı.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
dogru.az

2Mənbələr