AZ

Çin Avropanın 7 müəssisəsini ixrac nəzarəti siyahısına salıb

Pekin, 24 aprel, AZƏRTAC

Çinin Kommersiya Nazirliyi ölkənin milli təhlükəsizliyini və maraqlarını təmin etmək, habelə silahların yayılmaması üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün Avropa İttifaqının 7 müəssisəsini ixrac nəzarəti siyahısına salıb.

AZƏRTAC nazirliyin açıqlamasına istinadla xəbər verir ki, ixrac operatolarına həmin müəssisələrə Çindən ikili təyinatlı məhsulların ixracı qadağan edilib.

Bundan başqa, xarici təşkilatlara və fərdlərə Çin mənşəli ikili təyinatlı məhsulları siyahıya daxil edilmiş müəssisələrə ötürmək qadağan olunub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
28
1
azertag.az

2Mənbələr