AZ

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8 ci dəfə aşağı saldı

ain.az, Marja.az saytına istinadən bildirir.

Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini 15 faizdən 14,5 faizə endirib. Marja xəbər verir ki, analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.

Bu, ardıcıl səkkizinci faiz endirimi olmaqla yanaşı, tənzimləyicinin ardıcıl beşinci dəfə faizni 50 baza bəndi azaltmasıdır.

Rusiya Mərkəzi Bankının Direktorlar Şurası 24 aprel tarixli iclasında uçot dərəcəsini 50 baza bəndi azaldaraq illik 14,5 faizə endirib. Bu barədə tənzimləyicinin açıqlamasında bildirilir. Beləliklə, faiz dərəcəsi ardıcıl səkkizinci dəfə azaldılıb və Mərkəzi Bank ardıcıl beşinci dəfə onu yarım faiz bəndi aşağı salıb.

Tənzimləyicinin açıqlamasında qeyd olunub: “Daxili tələbin dinamikası mal və xidmət təklifinin genişlənmə imkanlarına yaxınlaşıb. Bununla yanaşı, qiymətlərin davamlı artım göstəriciləri hələ azalmır və Rusiya Mərkəzi Bankının qiymətləndirməsinə görə illik hesabla 4–5 faiz diapazonunda qalır. Xarici şərait və büdcə siyasətinin parametrləri ilə bağlı əhəmiyyətli qeyri-müəyyənlik davam edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
22
marja.az

10Mənbələr