AZ

Hürmüz boğazında gərginlik: Neft 100 dolları keçdi

ain.az, Bakupost saytına istinadən bildirir.

ABŞ-İsrail birliyi ilə İran arasında 45 gündür davam edən qarşıdurma qlobal iqtisadiyyata ciddi təsir göstərir. Dünyanın ən vacib enerji marşrutlarından biri olan Hürmüz boğazı demək olar ki, bağlıdır.

Bakupost.az xəbər verir ki, bu vəziyyət neft qiymətlərini yenidən 100 dolların üzərinə qaldırıb. Brent nefti 100,48 dollara, WTI isə 91,56 dollara yüksəlib. Eyni zamanda, qlobal iqtisadi artım proqnozu 4,6%-dən 3,1%-ə düşüb.

İranın iki xarici gəmini saxlaması enerji bazarlarında narahatlığı daha da artırıb.

Ekspertlər bildirir ki, boğazda nəqliyyatın dayanması Avropa üçün xüsusilə aviasiya yanacağı çatışmazlığı riski yaradır.

Bahar Babaşova, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
www.bakupost.az

1Mənbələr