Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
Bu ilin I rübündə yola kənar insan müdaxiləsinə görə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinistləri 43 dəfə təcili tormozlama ediblər, ümumilikdə 4 toqquşma hadisəsi baş verib.Bu barədə BUTA.TV-a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, sözügedən hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır: "ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır".