AZ

Bu gün şəhid Rəşad Mehdiyevin doğum günüdür

Rəşad Mehdiyev 24 aprel 1997-ci ildə Xırdalan şəhərində anadan olmuşdur. Atası — Rəhman Mehdiyev Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Orta təhsilini Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə və Cəmşid Naxçıvanski adına hərbi liseydə almışdır. Azərbaycan Texniki Universitetinin "Sabah" qruplarında ali təhsilinə başlamışdır.

Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elektron Hökümətin İnkişafı Mərkəzində proqramçı vəzifəsində çalışırdı.Azərbaycan Ordusunun əsgəri olan Rəşad Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Mehdiyev 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Xırmancıq kəndində yerləşən Ərgünəş dağı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Seçilən
84
qht.az

1Mənbələr